Onlayn ictimai-siyasi qəzet
Müğənni Nərmin Kərimbəyova qızının tanınmış fotoqraf Kelvin Qasımovun antikvar avtobusunu yararsız hala salmasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan sənətçi gündəmi zəbt edən qalmaqallı hadisənin təfərrüatını açıqlayıb.
O qeyd edib ki, fotoqraf Kelvin Qasımovu ilk dəfə bu hadisə zamanı tanıyıb:
““Uşağım əcəb edib deməmişəm. Bu söz mənim lüğətimdə yoxdur. O, paylaşım edəndə gecə yarısı idi. Şok yaşadım. Məsələni keçmiş yoldaşıma yönəltdim ki, kişilər həll etsin. Onlar isə razılığa gələ bilməyiblər. Fotoqrafa da bildiriblər ki, biz hələ də evliyik. Keçmiş yoldaşım nə deyibsə, mənim adımdan təqdim ediblər. Mən dəyən bütün ziyanı ödəmişəm, artıq razılığa gəlmişik. Məbləği isə açıqlamaq istəmirəm”.
Qeyd edək ki, fotoqraf kamera görüntülərini təqdim edərək bu sözləri demişdi:
“Anası deyir, hüquqşünasam, tanınmış müğənniyəm, uşağım əcəb edib. Tərbiyə verə bilmədiyi qızı məhəlləni biabır edib. Qızının oxuduğu məktəbə qədər gedəcəm, özünün də məhkəmədə sürünməyinə qədər davam edəcəm. Mən 1 həftədir gözləyirəm ki, bir dəfə belə üzr istənilmədi. Uşaqdır, yaxşı edib, deyildi. Sən və həyat yoldaşın bunun cavabını verəcəksən. Mən bizim müğənnilərin 90%-lə bir layihələrdə çalışmışam. Əksəriyyəti ilə dostam, 20 ildir fotoqrafam, mən yaradıcı adamın belə olmağını görməmişəm. Adam belələrinin bizim sənətin necə deqradasiyaya apardığını gözləri ilə görür və üzülür. Adamlar uşaq doğur, nəzarət etməmələri bir yana, mən bu adamı heç tanımırdım, 5 gündür efirə çıxmaqla ulduz olduğunu zənn edib, insanlara istədiyini edəcəyini zənn edənə demək istəyirəm ki, səhnə sənin kimiləri qəbul etmir. Söhbət 10 gündür olub, üzr istməyib, məbləğin minumunu təklif edir. Sən mənə cavab verəcəksən”.
Könül,
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ