İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlərin qızıl üzük verdiyi müəllimlə bağlı QƏRAR

Tovuz rayonunda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib.

Bu barədə Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb:

"Bu video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib. Ancaq təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur".

İdarə valideynlərə bir daha müraciət edərək xatırladıb ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır:

"Etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR