Onlayn ictimai-siyasi qəzet
ABŞ və Avropa İttifaqı silah alqı-satqısına dair saziş imzalayıb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp iyulun 23-də Vaşinqtonda keçirilən Süni İntellekt Sammitində çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, sazişə əsasə Avropa Amerikadan bütün silah və avadanlıqları dəyərini tam ödəməklə alacaq, sonra onu zəruri hesab etdiyi şəkildə, böyük hissəsi Ukraynaya çatmaq şərtilə paylayacaq: "Onlar ABŞ-da o pulu müdafiə şirkətlərimizə xərcləyəcəklər, biz də onlara silah göndərəcəyik, onlar da paylayacaqlar. Açığı, bu, üç il əvvəldən belə olmalı idi".
Xatırladaq ki, iyulun 23-də ABŞ Dövlət Departamenti Ukraynaya ümumilikdə 322 milyon dollar dəyərində iki paket silah və texnikanın satışını təsdiqləyib. Bura HAWK Phase III raket sistemləri və Bradley piyada döyüş maşınları, eləcə də onların təmiri və dəstəyi də daxildir.
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ