Onlayn ictimai-siyasi qəzet
Ukraynanın ABŞ-ın təzyiqi altında 2 iyun tarixində Rusiya ilə danışıqlara qatılacağı ehtimal olunur.
Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
Məqalədə bildirilir ki, Rusiya texniki səviyyəli danışıqlar təklif etsə də, görüş öncəsi öz şərtlərini açıqlamaqdan imtina edib. Nəşr bunu Moskvanın öz mövqeyinə qarşı mümkün tənqidləri önləmək cəhdi kimi dəyərləndirir.
Donald Trampın xüsusi nümayəndəsi Kit Kellog da Ukraynanı hər bir halda danışıqlardan imtina etməməyə çağırıb. Onun sözlərinə görə, Kiyev Moskva ilə əlaqəni açıq saxlamalı və hərbi gərginlik fonunda siyasi dialoq imkanlarını itirməməlidir.
ABŞ-ın bu məsələdə Ukraynaya təzyiq göstərməsi, analitiklərin fikrincə, Qərbin münaqişənin diplomatik yolla həllinə yönəlmiş yeni mərhələyə keçmək istəyi ilə bağlıdır.
Musavat.com
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ