Onlayn ictimai-siyasi qəzet
“Rusiya qoşunları hücuma keçməyə çalışır, lakin onların ciddi irəliləyişi yoxdur”.
Musavat.com xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
“Uşaqlarımız üçün çox çətindir. Hər yerdə çətindir. Ruslar üçün də çox çətindir – bu, bizim üçün yaxşıdır. Ruslar döyüşmək istəmir. Onların rəhbərliyi istisna olmaqla. Bütün bunlar hiss olunur. Onlar daha çoxdur. Daha çox təzyiq var. Daha genişmiqyaslı səfərbərlik var. Ona görə də risklər bizdə daha çoxdur”, - “İnterfaks-Ukrayna” Zelenskinin sözlərini sitat gətirib.
Volodimir Zelenskinin sözlərinə görə, ruslar “bilirlər ki, cavablarını alacaqlar. Buna görə də onlar daha çox hərbi-informasiya əməliyyatlarına əl atırlar, Pokrovskdakı vəziyyət kimi. Diversiya-kəşfiyyat qrupları ora neçə dəfə daxil olub? Mən hərbçi ilə, indi Sırski ilə danışıram. Deyir ki, bu müddət ərzində beş-səkkiz dəfə. İki nəfər, altı nəfər”.
Zelenski əlavə edib ki, bir dəfə ruslar 12 nəfəri orada saxlamağa cəhd ediblər:
“Cəhd edirlər ki, hansısa video çəkələr: bayraq sancırlar, çəkirlər və hamısı bizim müdafiəçilər tərəfindən məhv edilir”.
O həmçinin bildirib ki, Sumı istiqamətində vəziyyət əvvəlkindən xeyli yaxşıdır:
“Bu bir-iki ay ərzində düşünürəm ki, orada normal irəliləyişlər var”.
Zelenskinin sözlərinə görə, ruslar üçün şərti uğur Dnepropetrovsk vilayətidir, çünki “onlar bundan informasiya qələbələri çıxarmağa çalışırlar”.
“Ora da Pokrovskdakı kimidir. Onlar daxil olurlar – orada bir sahə var. Onların ora daxil olub-olmaması fərq etmir. Həmin sahədə salamat yer qalmayıb. Orada heç kim dayanmayıb. Sadəcə insanlar arxada durub, mümkün olan hər şeyi məhv edirlər”, - deyə Volodimir Zelenski bildirib.
O vurğulayıb ki, “müharibənin sonu lazımdır və bu, liderlərin görüşü ilə başlamalıdır. Belə bir görüş üçün gündəm lazımdır. Onlar da bizimlə söhbətlərdə artıq bu barədə danışmağa başlayıblar. Bu, artıq görüş formatına doğru bir hərəkətdir”.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ