Onlayn ictimai-siyasi qəzet
İsveçli hücumçu, futbol üzrə Portuqaliya çempionatının son iki mövsümünün bombardiri Viktor Qyökereş "Sportinq"dən İngiltərənin "Arsenal" klubuna keçib.
Bu barədə "Arsenal"ın Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, transferin dəyəri 63.5 milyon avro təşkil edib. "Sportinq" daha 10 milyon avro bonus alacaq. "Arsenal"da futbolçu Tyerri Anrinin də daşıdığı 14 nömrə ilə çıxış edəcək.
Qeyd edək ki, Qyökereşin 27 yaşı var, o, 2023-cü ildən "Sportinq"də çıxış edib. Ötən mövsüm Qyökereş Portuqaliya çempionatında 33 oyunda 39 qol vurub. 2023/24 mövsümündə o, 33 matçda 29 qol vurmuşdu. İsveç millisinin heyətində forvard 26 oyun keçirib və 15 qol vurub.//Oxu.az
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ