Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Vladivostok şəhərində körpələrin satışı şəbəkəsi üzə çıxıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Vladivostokdakı özəl klinikalardan birinin səkkiz həkimi yeni doğulmuş körpələrin xaricə satılması sxemini qurub.
İstintaqın məlumatına görə, bu sxem 2018-ci ildən təxminən iki il fəaliyyət göstərib. Həkimlər xəstələrin sonsuzluğu ilə bağlı uydurma tibbi sənədlər veriblər. Müalicə adı altında embrionlar yaradıb, uşaqların doğulmasını təşkil ediblər. Bundan sonra yeni doğulan körpələr xarici müştərilərə satılıb.
Ümumilikdə həkimlər 13 körpəni sata biliblər. Onlar bu cinayət sxemindən 53 milyon rubldan çox gəlir əldə ediblər.
Həkimlər yetkinlik yaşına çatmayanların xaricə qanunsuz daşınması maddəsi ilə ittiham olunurlar. Məhkəmə yaxın vaxtlarda işə baxacaq və hökm çıxaracaq.
Musavat.com
02 Iyun 2025
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ