İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempionluqdan sirkə gedən yol - Stalin “Qırmızı Herakl”ın həyatını məhv etmək istəyib

Qriqori Novakın adı bu gün idman ensiklopediyalarından kənarda nadir hallarda çəkilib. Ancaq, o, sovet idmanının Qərb idmanıyla rəqabət apara biləcəyini ilk sübut edən şəxs olub. Onun gücü ölkənin daha geniş dünyaya qapılarını yenicə açdığı yeni dövrün simvolu olub. Lakin onun gücü yuxarıların qərarları ilə alt-üst olub, titullardan, mükafatlardan məhrum edilib.

Qriqori Novak 1919-cu ildə o vaxt Ukraynanın sakit şəhəri olan Çernobılda anadan olub. O, uşaqlığını meşələr və çaylar arasında keçirib. O, ilk dəfə on bir yaşında sirk görüb və işıqların parıltısını və yonqar qoxusunu heç vaxt unutmayıb. Onda hələ gələcəyin çempionu bilməyib ki, ömrünü həsr etdiyi rejim sonda onu tamaşaçısı olduğu sirkin arenasına çıxmağa məcbur edəcək.

m-2.jpeg (108 KB)

Oğlan məktəbdən sonra atası ilə tikinti sahəsinə işləməyə gedib. Onun işi quyu qazmaq və sementlə doldurulmuş arabaları daşımaq olub. Axşamlar isə Qriqori həvəskar turnirlərdə çıxış edib. Onun gücü dərhal nəzərə çarpıb. Məhz o zaman məşqçi Aleksander Konkin onu görüb və ağır atletikaya keçməyi təklif edib.

Qriqori hətta düzgün texnika bilməyib, lakin onun gücü və zəhməti öz bəhrəsini verib. Cəmi iki il sonra o, Ukrayna çempionu və SSRİ çempionatının gümüş mükafatçısı olub. 1941-ci ilin iyununda Novak Kiyevdəki "Dinamo" stadionunun açılışına dəvət olunub. Ertəsi gün müharibə başlayıb. O, kürsü əvəzinə Novosibirskə təxliyə edilib və burada əsgərlərin fiziki hazırlığına nəzarət edib.

Müharibə başa çatdıqdan sonra yenidən məşqlərə başlayıb. Sovet İttifaqı ilk dəfə beynəlxalq arenaya çıxmaq üzrə olub və Qriqoriyə ölkəni Parisdə keçirilən dünya çempionatında təmsil etmək tapşırılıb. 1946-cı ildə Parisdə müharibədən sonrakı ilk dünya çempionatı keçirilib. Sovet idmançıları arasında qərb jurnalistlərinin əylənərək bəhs etdiyi qısaboylu, 160 santimetrlik ağır atlet də olub.

cem-6.jpeg (42 KB)

Qriqori platformaya çıxan kimi camaat gülməyə başlayıb. Lakin o, 125 kiloqram çəkini qaldıran kimi gülüşlər dayanıb. İlk cəhdində dünya rekordu. O, cəmi 425 kiloqramı qaldıraraq ilk sovet dünya çempionu olub. Beləliklə, gücün, iradənin və Avropanın qapısını döyən yeni dünyanın simvolu olan “Qırmızı Herkul” doğulub. Novak təkrar-təkrar qalib gəlib. O, on dəfə ölkə çempionu olub, onlarla rekord müəyyənləşdirib. Onun çıxışları stadionları doldurub, oğlanların kumiri və ölkənin fəxrinə çevrilib. Lakin 1952-ci ildə hər şey alt-üst olub.

Helsinki olimpiadasında ondan yalnız qızıl gözlənilib. İlk işi onu liderliyə aparıb, lakin nəticədə qızıl medalı amerikalı Norbert Şemanski alıb. SSRİ onun gümüşlə qayıtmasını ideoloji məğlubiyyət kimi qəbul edib. Stalinin göstərişi ilə tezliklə ailənin başına bəla gəlib: atası partiyadan xaric edilib, rəsmi olaraq Fransada yaşayan qardaşına görə Qriqorinin özü etibarsızlıqda şübhəli bilinib.

cem-5.jpeg (39 KB)

Hoteldə baş verən insident vəziyyəti daha da pisləşdirib. İçki məclisindən sonra Novak guya qapıçı ilə dava edib və o, “xəsarət” alıb. Halbuki, qapıçının nə üzündə, nə də bədənin hər hansı bir hissəsində xəsarət izi olmayıb. Bu, onun idman karyerasını başa vurması üçün kifayət edib. Qriqori titullarından, mükafatlarından və ödənişlərindən məhrum edilib. Dünya çempionunun adı qəzetlərdən silinib. Amma Novakı sındırmaq mümkün olmayıb. O, uşaqlıq arzusunu xatırlayıb sirkə qayıdıb. Qriqori əvvəlcə məşhur fəndləri təkrarlayıb, texnikanı mənimsəyib və tezliklə öz aktlarını yaratmağa başlayıb. Daha sonra oğulları Arkadi və Roman ona qoşulublar. Onlar birlikdə “Atletik şeir” qrupunu yaradıblar. 1969-cu ildə dövlət öz səhvini etiraf edib.

em-3.jpeg (160 KB)

Qriqori Novak idman sıralarına bərpa edilib, mükafatları geri qaytarılıb, RSFSR-in əməkdar artisti fəxri adına layiq görülüb. Son illərində Novak 1980-ci il olimpiadası üçün idmançılara kömək edib. Lakin açılışı görmək ona nəsib olmayıb. 1980-ci il iyulun 10-da “Qırmızı Herakl” vəfat edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR