Onlayn ictimai-siyasi qəzet
Polşanın Milli Prokurorluğuna görə, Rusiya müxalifətçilərinə qarşı hücumların sifarişçisi olan hüquqşünas Anatoli Blinov keçmiş YUKOS həmsahibi Leonid Nezvlinin təsiri ilə hərəkət edib.
Musavat.com xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” qəzeti məlumat yayıb.
Məlumata görə, Nezvlin Polşada aparılan istintaq çərçivəsində dindirməyə gəlməyib. Keçən ilin payızında onun tərəfdaşı Mixail Xodorkovski bu iş üzrə dindirilmişdi.
Polşa Prokurorluğunun və Milli Təhlükəsizlik Agentliyinin gəldiyi nəticələr Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) tərəfindən aparılmış araşdırmanı təsdiqləyir.
FBK 2024-cü il sentyabrın 12-də yaydığı materialda keçmiş YUKOS səhmdarı Leonid Nezvlinin müxalifətçi Leonid Volkova qarşı sui-qəsdi sifariş verdiyini bildirmişdi. Bu məlumat “Proyekt” və “The Insider” tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, Volkov ötən ilin 12 mart axşamı evinin yaxınlığında hücuma məruz qalmışdı. Naməlum şəxs onun avtomobilinin şüşəsini çəkiclə sındırmış, gözlərinə qaz sıxaraq bir neçə çəkic zərbəsi endirmişdi. Nəticədə Leonid Volkov xəstəxanaya yerləşdirilmiş, ona qol sınığı və ayaq zədəsi diaqnozu qoyulmuşdu.
Musavat.com
16 Iyul 2025
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ