İnsanlara hürriyət, millətlərə istiqlal!

“VOLKS SPORT” cərimələndi - Gömrük qaydalarını pozub

"Euro Sport" MMC cərimə olunub. Buna səbəb MMC-nin gömrük qaydalarını pozması olub.

Musavat.com xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol irəli sürülüb.

MMC 1500 manat cərimə edilib.

Xatırladaq ki, “Euro Sport” MMC bütün növ idman avadanlıqlarının satışı, quraşdırılması, idman meydançalarının qurulması, əyləncə mərkəzlərinin oyun aparatları ilə təchizatı, bilyard və tennis stollarının satışı sahəsində də fəaliyyət göstərir. Məşhur “VOLKS SPORT” mağazası “Euro Sport” MMC-nin tərkibində fəaliyyət göstərir.

İ. Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR