İnsanlara hürriyət, millətlərə istiqlal!

Volodin miqrantlar üçün yeni rüsumların tətbiqini elan etdi


Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, əcnəbi vətəndaşların əksəriyyəti Rusiyaya əsasən gəlir məqsədilə gəlir. Hazırda vizasız rejimlə gələn miqrantlar üçün orta hesabla ayda 8–10 min rubl dəyərində olan və maksimum bir il qüvvədə qalan patent almaq tələbi mövcuddur. Vizalı ölkələrdən gələnlər isə iş icazəsi almalıdırlar.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Dövlət Dumasının spikeri bununla bağlı yeni qərarların alınacağını söyləyib.

Volodin bildirib ki, bu şəxslər üçün əlavə dövlət rüsumlarının tətbiqi planlaşdırılır. Məsələ ilə bağlı qanun layihələri artıq bu həftə Dövlət Dumasında müzakirəyə çıxarılacaq. Təklif olunan rüsumlar bunlardır:
Patent verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün — 4200 rubl;
İş icazəsinin müddətinin uzadılması üçün — 4200 rubl;
Patent və ya iş icazəsinin dublikatı, eləcə də bu sənədlərə dəyişiklik edilməsi üçün — 2100 rubl.

Bundan əlavə, Rusiya parlamenti əcnəbilərin müvəqqəti qeydiyyata durması, yaşayış yerində qeydiyyat, müvəqqəti qalma müddətinin uzadılması və digər prosedurlar üçün də ya yeni rüsumlar müəyyən etmək, ya da mövcud rüsumları artırmaq niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR