Onlayn ictimai-siyasi qəzet
“WhatsApp” səsli mesajlaşma ilə bağlı yenilik üzərində işləyir.
“WhatsApp” android istifadəçiləri üçün səsli mesaj göndərmə prosesini daha da asanlaşdırır.
Məlumata görə, yenilik sayəsində istifadəçilərin səsi qeyd etmək üçün mikrofon işarəsinə bir dəfə toxunması yetərli olacaq. Bildirilir ki, yenilik tətbiqin beta versiyasında müşahidə edilib.
Hazırda “WhatsApp”da səsli mesaj göndərmək üçün iki fərqli üsuldan istifadə olunur. Birincisi, mikrofon işarəsini basılı tutmaqla edilən qısa qeydlər, digəri isə işarəni yuxarı çəkərək aktivləşdirilmiş kilid rejimi ilə edilən uzun mesajlardır. Yeni sistem bu iki üsulu birləşdirir və sadəcə bir toxunuşla qeyd prosesinə başlayır. İstifadəçi mikrofon işarəsinə basdıqda, qeyd avtomatik olaraq başlayır və kilidləmə rejimi avtomatik olaraq aktivləşdirilir.
Bu, həm qısa, həm də uzun mesajlar üçün əlavə əməliyyatların yerinə yetirilməsinə ehtiyacı aradan qaldırır. Qeydiyyat başa çatdıqdan sonra istifadəçilər mesajı göndərməzdən əvvəl dinləyə və istəsələr silə bilərlər. (Metbuat.az)
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ