İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti Ramiz Quliyevin SON DURUMU

Xalq artisti tarzən Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır.

Bu barədə "Report"a tarzənin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.

Onun sözlərinə görə, ustad tarzənin müalicəsi reanimasiya şəraitində davam etdirilir:

"Hələlik böyrəkləri funksiyasını bərpa etməyib. Həmçinin ağciyərləri ilə də bağlı problem var. Daimi həkim nəzarəti altındadır, ümid edirik ki, yaxşı olacaq".

Əyyub Quliyev Xalq artisinin hələlik evə buraxılacağının real görünmədiyini də əlavə edib.

Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Sənətkarın müalicə prosesini Heydər Əliyev Fondu nəzarətə götürüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR