Onlayn ictimai-siyasi qəzet
Xalq yazıçısı Çingiz Abdullayev yaxın qohumu və ailə üzvü olan Mayanın vəfatı ilə bağlı emosional paylaşım edib. O, sosial şəbəkədə mərhum haqqında duyğulu fikirlər səsləndirib:
“Bacım Maya vəfat etdi! O, anamın bacısının qızı idi, yəni mənim xalamqızı. Amma mənim üçün sadəcə bir bacı deyildi. Valideynlərimiz – anamla atam – bizi tez-tez onun yanında qoyurdular. Maya səbirlə bizə nəzarət edir, nağıl və kitablar oxuyur, yatırırdı. Yaş fərqi hiss olunurdu, ancaq biz böyüyəndən sonra heç kim bizim aramızda yaş fərqi olduğuna inanmırdı. Maya daim yaşından cavan görünürdü”.
Çingiz Abdullayev yazır ki, Maya həyatı çox sevən bir insan olub:
“O, kitablar yazır, rəsmlər çəkir, səhnəyə çıxırdı. Onu bircə dəfə görən hər kəs ona vurulurdu. İndi isə o, bu dünyadan köçüb. Bu, inanılmazdır. Maya ailə qəbiristanlığında – Pirşağıda dəfn olunub
Təsəvvür etmək belə qorxuludur, orada nə qədər doğmalarımız uyuyur... Maya da artıq onların yanındadır. O, çox gözəl bir qadın idi. Və yaddaşımızda daima belə qalacaq. Allah rəhmət eləsin!”.
Qeyd edək ki, Çingiz Abdullayev Azərbaycanın ən çox oxunan və sevilən yazıçılarındandır. Onun şəxsi həyatı ilə bağlı açıqlamaları çox nadir hallarda olur.
Şahanə Rəhimli
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ