İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei gizli və dəhşətli bomba hazırladırmış - İsrail: "Bu proqramı da məhv etdik"

 İsrailin təhlükəsizlik dairələrindən olan mənbələr ABŞ-ın nüfuzlu "Washington Post" qəzetinə sensasiyalı məlumat açıqlayıblar.

Musavat.com xəbər verir ki, bildirilir ki, İran ərazisində keçirilən son hava və kiberhücumlar təkcə nüvə proqramını deyil, eyni zamanda elektromaqnit silah sistemlərinin hazırlanmasına dair gizli proqramı da hədəfə alıb.

İsrail mənbələri iddia edir ki, bu hücumlar nəticəsində İranın elektromaqnit bomba istehsalı ilə bağlı əsas texniki infrastrukturuna ciddi ziyan dəyib. Bu silahın məqsədi potensial olaraq İsrailin enerji şəbəkəsini sıradan çıxarmaq, ölkədə genişmiqyaslı texnoloji iflic yaratmaq idi.

"Washington Post"-un yazdığına görə, İsrail kəşfiyyatı bu proqramı İranın dini rəhbəri Əli Xameneinin nüvə silahlarının hazırlanmasına dair fətvasını formal olaraq pozmadan nüvə silahı ekvivalentinə nail olmaq cəhdi kimi qiymətləndirib. Elektromaqnit (EMP) bombası birbaşa partlayışla deyil, elektrik və elektron infrastrukturunun çökdürülməsi yolu ilə dağıdıcı effekt yaradır.

İsrail tərəfi hesab edir ki, bu texnologiyanın hazırlanması İranda yüksək məxfilik şəraitində və nüvə fəaliyyətindən kənar struktur kimi maskalanaraq həyata keçirilirdi. Son hücumlar isə bu planların böyük hissəsini ifşa və iflic edib.

Hazırda nə İran tərəfi, nə də beynəlxalq müşahidəçilər bu iddialara rəsmi münasibət bildirməyib. Lakin İsrailin bu məlumatı Washington Post vasitəsilə yayması ekspertlər tərəfindən Tehrana növbəti xəbərdarlıq kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR