Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İran rəhbəri Əli Xameneinin Müdafiə Nazirliyindəki nümayəndəsi Ziyaəddin Ağacanpur ABŞ və İsrailə qarşı sərt bəyanatla çıxış edib.
O bildirib ki, əgər Vaşinqton və Təl-Əviv yenidən İrana qarşı hərbi əməliyyatlara əl atsalar, Tehran bundan əvvəlkindən daha güclü cavab verəcək.
“Əgər Amerika və İsrail yenidən İrana hücum edərsə, cavabımız əvvəlkilərdən daha güclü və qətiyyətli olacaq, biz Hayfa və Təl-Əvivi yerlə-yeksan edəcəyik”, – deyə Ağacanpur vurğulayıb.
Xameneinin nümayəndəsi həmçinin bildirib ki, Amerikanın Qətərdəki bazasına endirilən raket zərbələri ABŞ prezidenti Trampın atəşkəs üçün yalvarmasına səbəb olmuşdu.
Bu açıqlama hazırda ABŞ-İran münasibətlərində yeni gərginliyin yaranması və Tehranın ritorikasının sərtləşməsinin davamı kimi qiymətləndirilir.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ