İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya ABŞ-a 550 milyard dollar investisiya yatıracaq – Mühüm razılaşma

Yaponiya ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq.

Musavat.com xəbər verir ki, məlumatı prezident Donald Tramp "Truth Social" hesabında paylaşıb. O, Vaşinqton və Tokio arasında bağlanmış ticarət sazişi barədə paylaşım edib.

Sazişə əsasən Asiya ölkəsindən ABŞ-a idxal olunan mallara rüsum 15 faiz təşkil edəcək: "Biz indicə Yaponiya ilə böyük bir müqavilə bağladıq, bəlkə də indiyə qədər əldə olunan ən böyük razılaşma". Amerika liderinin sözlərinə görə, “Yaponiya ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq və budan mənfəətin 90 faizini alacaq”. Trampın əmin etdiyi kimi, “sövdələşmə yüz minlərlə iş yeri yaradacaq”.

Vaşinqton administrasiyasının rəhbəri əlavə edib: “Bəlkə də ən əsası, Yaponiya öz ölkəsini ticarətə, o cümlədən avtomobil və yük maşınları, düyü, bəzi digər kənd təsərrüfatı məhsulları və sairə açır”.

Tramp ABŞ və Yaponiyanın “həmişə əla münasibətlərə malik olacağına” əmin olduğunu bildirib.

ABŞ hakimiyyətinin məlumatına görə, 2024-cü ilin sonuna ölkəninYaponiya ilə ticarət dövriyyəsi təxminən 227,9 milyard dollar təşkil edib. Bu zaman ABŞ-dan Yaponiyaya ixrac 79,7 milyard dollar, Yaponiyadan ABŞ-a isə 148,2 milyard dollar dəyərində qiymətləndirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR