İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada DƏHŞƏT: Şəhər külə qərq oldu - VİDEO

Yaponiyada yerləşən Sakuradzima vulkanında ardıcıl üç püskürmə baş verib. Nəticədə yaxınlıqdakı şəhər kül qatına qərq olub. 

Musavat.com xəbər verir ki, bu barədə "The Watchers" məlumat yayıb.

İlk püskürmədən sonra kül sütunu dəniz səviyyəsindən 2400 metrdən çox yüksəklikdə səmaya qalxaraq cənub-şərq istiqamətində hərəkət edib. İkinci püskürmədən sonra isə bu hündürlük 4200 metrə çatıb.

Bir müddət sonra həmin kül Kaqosima şəhərinə yağıb və küçələrdə görünüş xeyli pisləşib. Sinoptiklərin məlumatına görə, külək şəraitində kül yağışı qonşu Miyadzaki prefekturasını da təsirləndirə bilər.

Hazırda vulkan təhlükəsi səviyyəsi Yaponiyanın beşballıq şkalası üzrə 3-cü pillədə qalır. Bu isə kraterin bir kilometr radiusuna girişin qadağan olunması deməkdir. Səbəb davam edən partlayış aktivliyidir.

Qeyd edək ki, Sakuradzima Yaponiyanın ən aktiv vulkanlarından biri sayılır. Onun kalderası təxminən 22 min il əvvəl formalaşıb.

Vulkanın özü isə təxminən 13 min il əvvəl yaranmağa başlayıb və əvvəlcə ada olub. Lakin 1914-cü ildəki güclü püskürmə nəticəsində Osumi yarımadası ilə birləşib.

Sakuradzima VIII əsrdən etibarən mütəmadi olaraq püskürür. Tarixdə qeydə alınmış ən böyük püskürmələr 1471–1476-cı illər arasında baş verib. 2017-ci ilin mart ayından bəri vulkan fasiləsiz püskürür.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR