Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İran ətrafında yaranmış gərginliklə bağlı sensasion açıqlama verib.
Musavat.com-un məlumatına görə o bildirib ki, İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar dünyanı nüvə fəlakətinə sürükləyir.
“Xəzər üzərində nüvə təhdidi asılıb. Dünya İsrailin zərbələri səbəbindən atom fəlakətindən cəmi bir neçə santimetr aralıdadır,” – deyə Zaxarova xəbərdarlıq edib.
O əlavə edib ki, Rusiya vəziyyəti danışıqlar müstəvisinə qaytarmaq üçün bütün mümkün diplomatik səyləri göstərir. Zaxarovanın sözlərinə görə, İsrailin İrana qarşı hücumlarına heç bir əsas olmayıb və bu, regionda təhlükəli domino effekti yaradır.
“İranın nüvə proqramı hərbi əməliyyatların deyil, diplomatik müzakirələrin mövzusu olmalıdır,” – deyə o əlavə edib.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ