Onlayn ictimai-siyasi qəzet
"Liverpul" azarkeşlərə və məşqçi heyətinə bir bayram təşkil edib - Mersisaydlılar bu yay transferlərə heç bir pul əsirgəməyiblər.
“Qırmızılar” “Bavariya”nın aylardır arxasınca getdiyi Florian Virts üçün “Bayer”ə 125 milyon avro ödəyib. Əczaçılar Ceremi Frimpon üçün “Liverpul”dan daha 40 milyon avro alıb və “Bornmut” Miloş Kerkezin “Enfild”ə keçidi üçün təxminən 47 milyon avro qazanıb.
Lakin bu da mersisaydlılar üçün kifayət etməyib! "Liverpul" Yuqo Ekitikeni "Ayntraxt"dan alıb, onun transferi üçün klub bonuslar daxil olmaqla 95 milyon avro ödəyəcək.
“LiveScore”un məlumatına görə, “qırmızılar” yayda artıq 309 milyon avro xərcləyib ki, bu da digər klublardan daha çoxdur.
Xərclərə görə ikinci yerdə “Çelsi” qərarlaşıb, londonlular artıq 244 milyon avro xərcləyib. Onların ən bahalı alışı Ceymi Qittens olub, onun üçün Dortmund “Borussiya”sı təxminən 65 milyon avro alıb.
Yay transferlərinə ən çox pul xərcləyən 5 klub//Lent.az
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ