İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenə erməni şəri, yenə BÖHTAN – “Qarabağa qayıdan 10 min köçkün...”

Doğrudan da qulaq gündə bir erməni yalanı eşitməsə, kar olar. Budəfəki yalan-iftiranın müəllifi Ermənistan parlamentinin “Hayastan” radikal müxalifətçi blokunun üzvü Artur Xaçatryan ad-soyadlı zatdır.

Radikal-revanşist ünsür bu gün utanıb-qızarmadan, ənənəvi erməni fantaziyasını işə salaraq iddia edib ki, guya ötən 4 il yarımda Qarabağa “cəmi 10 min köçkün qayıdıb ki, bu da Azərbaycanda köçkün sayının rəsmi elan edildiyi qədər olmadığının”, yəni guya şişirtmə olduğunun təsdiqidir.

Yalan-palan ustaları özləri, amma adlarını bizə qoymaq istəyirlər. Boşuna cəhdlərdir...

Ondan başlayaq ki, ağlı başında olan adamların hamısı bilir ki, Qarabağa Böyük Qayıdışa ən böyük əngəl mina problemidir. Hansı problemlə ki, illərdir Azərbaycan dövləti faktiki təkbaşına mübarizə aparır. Hansı iş ki, iynə ilə yer qazımaq kimi səbir və zərgər dəqiqliyi tələb edir.

MİNA SON.jpeg (378 KB)

O da bəllidir ki, Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin cəmi 25%-i həqiqi çıxıb. Böyük hissəsi isə ümumiyyətlə, Bakıya verilməyib. Üstəgəl, 44 günlük Vətən müharibəsindən sonra da işğalçı-separatçılar var gücləri ilə ərazilərimizi minalarla çirkləndirməyə davam ediblər. Əsasən də Ermənistanda istehsal olunan mina və partlayıcı maddələrlə...

İndi biz əhalimizi, uşaqlarımızı göz görəsi təhlükəyəmi atmalıyıq? Biz erməni deyilik. Üçüncü yandan, əhaliyə normal yaşamaq və işləmək üçün yaxşı şərait yaratmaq lazımdır ki, bunlar da zaman alan məsələlərdir.

CENNET.jpeg (805 KB)

Bəli, Qarabağa qayıdış arzuladığımız templə getmir – özümüzdən asılı olmayan səbəblərdən. Ancaq bu, əsla o anlama gəlmir ki, Bakı guya keçmiş məcburi köçkünlərin sayını şişirdib. Hər necə olmasa, dünyada saxtakarlıq üzrə “rekord” vurmuş toplumun adı “a” hərfi ilə başlamır. Hansı hərflə başlayır, o da çoxdan məlum.

Ən azından SSRİ dövrünün Azərbaycan SSR rayonları üzrə (keçmiş DQMV, Şuşa və ətraf 7 rayon) əhali sayı ilə bağlı statistik rəqəmlər, lap elə sovet pasportları arxivlərdə durur. Götürüb indi onları bir-bir radikal-revanşistlərin gözünəmi soxaq? Axı ağ yalan və böhtanlarla daha nə qədər özünə təsəlli vermək, özünü aldatmaq olar? Ondan danışın ki, 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra Qarabağdan könüllü köç etmiş 20-30 minlik erməninin sayını artıq 150 minə (!) “çatdırmısınız”...

Amma mənfur qonşular qəti narahat olmasın. Keçmiş köçkünlərin hamısı öz yurd yerlərinə qayıdacaq. Qarabağ isə konfliktə qədərkindən daha gözəl, daha firavan bir diyara, cənnətməkana çevriləcək. Düşmən(lərə) göz dağı kimi.

Prezident İlham Əliyevin dediyi kimi, biz orada əbədi yaşayacağıq. O torpaqların yeganə HALAL sahibi kimi...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR