İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni rus-alman müharibəsi yetişir - Berlin açıq deyir: “Rus əsgərlərini öldürməyə hazırıq!”

Almaniyanın müdafiə naziri Boris Pistoriusun Financial Times qəzetinə verdiyi sərt açıqlama Qərbi Avropada, eləcə də Kremlin divarları arxasında soyuq duş effekti yaradıb.

Musavat.com -un hazırladığı xəbərə görə, Pistorius açıq-aydın bəyan edib ki, əgər Rusiya NATO üzvü olan hər hansı bir ölkəyə hücum edərsə, Alman ordusu rus əsgərlərini öldürməyə hazırdır.

Nazir deyib:

“Bu, kimisə qorxutmaq üçün deyil. Biz sülh şəraitində yaşamaq istəyirik, lakin zəif olduğumuzu və ya özümüzü müdafiə edə bilməyəcəyimizi düşünməsinlər.”

Bu sözlər, şübhəsiz ki, sadəcə “profilaktik mesaj” deyil, NATO-nun məşhur 5-ci maddəsinin işləkliyini dünyaya göstərmək üçündür. Xatırladaq ki, həmin maddəyə əsasən, alyansa üzv dövlətlərdən birinə edilən hücum, bütün NATO ölkələrinə edilmiş hücum kimi qiymətləndirilir və kollektiv müdafiə mexanizmi işə düşür.

Rusiyaya qarşı açıq şəkildə “əsgərlərimizi rusları öldürməyə hazır saxlayırıq” deyilməsi, Berlinin tarix boyu çəkindiyi ritorikadır. İndi isə Almaniya 1945-ci ildən bəri ilk dəfə bu qədər sərt tonla Rusiya ilə qarşı-qarşıya gəlməkdən çəkinmədiyini göstərir.

Hərbi müşahidəçilər bildirirlər ki, Ukraynada davam edən müharibə ilə paralel, Almaniyanın belə ton dəyişməsi Kremlin növbəti addımlarında daha ehtiyatlı davranmasına səbəb ola bilər. Amma eyni zamanda, bu gərginlik yanlış hesablamalarla istənilməyən ssenarilərə – hətta yeni rus-alman qarşıdurmasına yol aça bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR