Onlayn ictimai-siyasi qəzet
Rusiya "Şahed" hücum dronlarında süni intellektdən istifadə etməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çentsov “Politico” nəşrinə açıqlamasında bildirib.
Səfirin sözlərinə görə, bu texnoloji yenilik radioelektron mübarizə vasitələri ilə dronları sıradan çıxarmağı daha da çətinləşdirir.
O əlavə edib ki, yeni təchizat sayəsində "Şahed" dronları elektrik stansiyaları kimi hədəfləri avtonom şəkildə tanıya və şəbəkə bağlantısı olmadan da dəqiq zərbələr endirə bilir.
Musavat.com
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ