İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan Ankaraya qarşı strateji sualtı qayıqlar hazırlayır

Yunanıstan, Türkiyənin donanma imkanlarını genişləndirməsi fonunda Egey dənizində sualtı üstünlüyünü qorumaq məqsədilə yeni və strateji əhəmiyyətli sualtı qayıqlar almağa hazırlaşır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli Kathimerini nəşri məlumat yayıb.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Dəniz Donanması Həftəsi çərçivəsində bildirib ki, ölkə qarşıdakı on il ərzində ən azı dörd yeni sualtı qayıq əldə etməyi planlaşdırır. Onlardan iki ədəd strateji qanadlı raketlərlə silahlandırılacaq. Bu raketlər 1000 kilometrə qədər məsafədə zərbə endirmək imkanı verəcək.

Yeni sualtı qayıqlar Yunanıstanın 20 illik təsdiqlənmiş müdafiə proqramına daxil ediləcək. Onlar hava müstəqilliyi olan enerji sistemləri, müasir sonar texnologiyaları, döyüş idarəetmə sistemləri və qanadlı raketlərlə təchiz ediləcək. Texniki baxımdan bu qayıqlar hazırda mövcud olan Type 214 sinifli "Papanikolis" sualtı gəmilərinə bənzəyəcək.

Bundan əlavə, Yunanıstan mövcud dörd Type 214 sualtı qayığını modernləşdirmək üçün 1 milyard avrodan çox vəsait ayırıb. Gələcək beş il ərzində sensorlar, elektron sistemlər və döyüş modulları yenilənəcək. Bu modernləşmə işləri Skaramangas tersanəsində aparılacaq.

Bu arada Türkiyə də özünün "Mavi Vətən" proqramı çərçivəsində 30-dan çox döyüş gəmisi — o cümlədən freqatlar, sualtı qayıqlar, pilotsuz dəniz aparatları və aviadaşıyıcılar tikir.

Hərçənd Afina yeni FDI sinifli üç freqat və iki ədəd istifadə olunmuş italyan FREMM freqatı alır, lakin strateji diqqət daha çox sualtı qayıqlara yönəlib. Çünki bu gəmilər həm uzaqmənzilli zərbələr, həm də səssiz şəkildə bölgədə üstünlük təmin etməyə imkan verir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR