Onlayn ictimai-siyasi qəzet
Müğənni Zamiq Hüseynov verilişlərə getməməsinin səbəbini açıqlayıb.
106.3 FM-də Kazım Sübhanının qonağı olan sənətçi onları bəyənmədiyini deyib:
"Çox verilişə getmirəm. Çoxlarını bəyənmirəm. Çoxlarını bəyənirəm və onlara qatılıram".
Zamiq bəzi sənətçilərin özünü ona bənzətməsindən söz açıb:
"Çalışıram Zamiq fərqli olsun. Zamiq tərzdə ifaçılar çoxdur: geyim, ifa tərzi ilə oxşatmağa çalışırlar. Bu da yaxşı örnəkdir. Bir vaxtlar Zamiq də çalışıb hansısa müğənniyə oxşasın: İlqar Muradovun duruşu, xarakterini sevmişəm. Eyyub Yaqubov üçün ürəyim gedir".
Z.Hüseynov bəzi yeni ifaçıların sənətkarlara etdiyi hörmətsizlikdən danışıb:
"Səhnədə elə təkəbbürlüdürlər ki... Biz böyükləri görəndə çalışırdıq gizlənək. Ayaqüstə dururduq. Heç kimə cavab vermirəm, buna ehtiyacım yoxdur. 8 yaşında toz-topağın, fəryadın içindən çıxan uşaq "Zəfər yolu" ilə ora qayıtdı. Bu, qürurdur". (Axşam.az)
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ