Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Zaporoje və Xarkov şəhərlərində partlayışlar baş verib.
Musavat.com xəbər verir ki, Zaporoje vilayət administrasiyasının məlumatına görə, dron hücumu nəticəsində azı 10 nəfər yaralanıb.
Rəsmi qurumlar bildirir ki, şəhərə hücumlar hələ də davam edir.
Xarkov meri İqor Tereoxov isə bildirib ki, şəhərə altı dron zərbəsi endirilib, nəticədə xəsarət alanlar var. Hadisə ilə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ