Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla Rusiya arasında gərginləşən münasibətlər fonunda növbəti açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Bakıda saxlanılan Rusiya vətəndaşlarının azad edilməsi ikitərəfli münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addım ola bilər.
“Bakı tərəfindən saxlanılan rusiyalıların azad olunması, şübhəsiz ki, Rusiya-Azərbaycan münasibətlərinin normallaşması üçün mühüm jest olardı,” – deyə Mariya Zaxarova qeyd edib.
Zaxarova eyni zamanda bildirib ki, Moskva vəziyyəti diqqətlə izləyir və Azərbaycan tərəfi ilə dialoqu davam etdirir.
Mariya Zaxarovanın bu bəyanatı Moskvanın gərginliyi azaltmaq niyyətində olduğunu göstərsə də, məsələnin necə həll ediləcəyi hələlik məlum deyil.
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ