İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: “Qərb Bakı-İrəvan sülh prosesini bölgədən qoparıb öz nəzarətinə keçirmək istəyir”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Cənubi Qafqaz siyasətini və xüsusilə Azərbaycan–Ermənistan normallaşma prosesinə müdaxiləsini sərt tənqid edib.

Musavat.com xəbər verir ki, o bildirib ki, Brüsselin təklif etdiyi vasitəçilik xalis geosiyasi məqsədlərə xidmət edir və əsl niyyət bölgədə dayanıqlı sülh yox, siyasi dividendlər əldə etməkdir.

“Brüsselin təqdim etdiyi bu ‘xoş niyyətlərin’ arxasında başqa şey dayanır. Qərb qüvvələri Bakı ilə İrəvan arasında sülh prosesini regional çərçivədən çıxarıb, onu öz oyun qaydalarına uyğun yönləndirmək niyyətindədirlər. Məqsəd – növbəti dəfə siyasi uğur nümayiş etdirməkdir,” – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Qərbin bu yanaşması bölgədəki real problemlərin həllinə deyil, kənar güclərin nüfuz savaşına xidmət edir. Rusiya rəsmisi bu tip cəhdlərin regionda sabitliyi pozmaq riski daşıdığını da vurğulayıb.

Zaxarovanın bu bəyanatı Moskvanın Cənubi Qafqazdakı vasitəçi rolunu Qərblə bölüşmək istəmədiyini bir daha göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR