Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski ölkədəki antikorrupsiya orqanlarının müstəqilliyini təmin etmək üçün yeni qanun layihəsi hazırladıqlarını bəyan edib.
Musavat.com xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın baş naziri ilə söhbəti zamanı məlumat verib.
“Hüquq-mühafizə sistemini gücləndirəcək və antikorrupsiya infrastrukturunun müstəqilliyini və effektivliyini təmin edəcək qanun layihəsi üzərində iş aparılır,” – deyə Zelenski öz “Telegram” kanalında bildirib.
Ekspertlər bu addımı Qərbin, xüsusilə də Britaniya və Aİ strukturlarının son dövrlər Ukraynaya göstərdiyi maliyyə və siyasi təzyiqlərin nəticəsi kimi dəyərləndirirlər.
Xatırladaq ki, son aylar Ukraynada korrupsiya ilə bağlı qalmaqallar artıb və bu, Qərb dəstəyinin davam etdirilməsinə maneə yarada bilərdi.
Zelenskinin bu bəyanatı onun beynəlxalq dəstəyi qorumaq və islahat prosesinə sadiqliyini göstərmək cəhdi kimi qiymətləndirilir.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ