İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ilə Trampın görüşü hazırlanır - Yermak

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Zelenski “Yeddilik Qrupu” (G7) sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb.

Bildirilir ki, Yermakın Vaşinqtona səfəri zamanı Ukrayna nümayəndə heyəti mümkün görüş üzərində işləyib. Yermak özü də məlumatı təsdiqləyib: “Bizim Vaşinqtona səfərimiz, xüsusən də Zelenski ilə Trampın Kanadada keçiriləcək G7 sammiti çərçivəsində görüşünə hazırlıq idi”.

2025-ci il G7 sammiti 15-17 iyun tarixlərində Kananaskis qraflığında (Alberta) keçiriləcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR