İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Putinə çağırış etdi: “Atəşkəsi sabahdan elan edək – liderlər üz-üzə otursun”

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəyə diplomatik çıxış yolu təklif edib. O, atəşkəsin dərhal elan olunması və liderlər səviyyəsində birbaşa görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Prezident mətbuat konfransında bildirib ki, görüşün yeri və vaxtını Rusiya tərəfi özü seçə bilər, əsas məsələ müzakirənin və qərarların qarşılıqlı şəkildə, şəffaf keçirilməsidir.

“Biz təklif edirik ki, görüş bazar ertəsindən başlayaraq istənilən gün baş tutsun. Atəşkəsin əvvəlcədən elan olunması vacibdir. Əgər liderlər görüşəcək və məlum olacaqsa ki, heç bir qarşılıqlı anlaşma, deeskalasiya niyyəti, münaqişəni bitirmək üçün iradə yoxdur, o zaman atəşkəs həmin gün başa çatacaq,” – deyə Zelenski bildirib.

Zelenski əlavə edib ki, əgər görüş nəticəsində tərəflərin dialoqu davam etdirmək niyyəti təsdiqlənərsə, atəşkəsin uzadılması mümkün olacaq. O təklif edib ki, bu prosesi ABŞ nəzarətə götürsün.

“Əgər Rusiya tərəfi uzunmüddətli atəşkəs istəmirsə, biz görüşü sabahdan istənilən gün keçirməyə hazırıq,” – deyə Ukrayna lideri əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR