Onlayn ictimai-siyasi qəzet
Rusiya aviasiyasına vurulan zərbələr onun sülh danışıqlarına daha ciddi yanaşmasına səbəb olacaq.
Musavat.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Litvanın paytaxtında keçirilən “Buxarest Doqquzluğu” və Şimali Avropa ölkələrinin sammitində çıxışı zamanı deyib.
Zelenskinin sözlərinə görə, keçirdikləri son əməliyyat Ukraynanın strateji zərbələr endirmək imkanına malik olduğunu göstərdi və bu, bütövlükdə Avropanın təhlükəsizliyini gücləndirir.
Prezident əlavə edib: “Kəşfiyyat orqanlarınıza soruşun, Rusiya bu yay Belarus ərazisindən nələrə hazırlaşır. Avropa artıq indidən buna hazır olmalıdır".
İstanbulda keçiriləcək bugünkü danışıqlarla bağlı danışan Zelenski Rusiyanın konstruktiv dialoqa hazır olduğuna əmin olmadığını deyib. Buna baxmayaraq, Ukraynanın müəyyən nəticələr əldə olunacağına ümid etdiyini vurğulayıb.
Zelenski həmçinin bildirib ki, Ukrayna artıq öz silah ehtiyacının 40 faizini daxili istehsal hesabına qarşılaya bilər. “Bizim əməliyyatlar göstərir ki, xüsusilə dron sahəsində investisiyalar ciddi təsir gücünə malikdir. Amma hələ də hava hücumundan müdafiə vasitələrinə, xüsusilə Patriot sistemlərinə və raketlərə təcili ehtiyacımız var,” – deyə o əlavə edib.
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ