İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski və Putin arasında görüş təklif olundu - VİDEO

Musavat.com xəbər verir ki, Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov açıqlama verib.

O bildirib ki, Ukrayna tərəfi Moskva ilə avqust ayının sonunadək Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkil olunmasını təklif edib. 

Zirvə görüşündə Tramp və Ərdoğanın iştirakı təklif olunub. Umerovun açıqlamasına əsasən, görüşdə ABŞ prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi nəzərdə tutulur. 

1200-dən çox şəxs...

Umerov həmçinin deyib ki, tərəflər arasında aparılan humanitar mübadilə çərçivəsində 1200-dən çox hərbi və mülki şəxsin azad olunması nəzərdə tutulur. 

Atəşkəsə hazırıq

Umerov əlavə edib ki, Ukrayna tərəfi atəşkəsə və dialoqa hazırdır.

Bu təklif və humanitar təşəbbüs Rusiya ilə Ukrayna arasında sülh prosesinin irəliləməsi baxımından mühüm addım hesab olunur. Tərəflər yaxın günlərdə görüşün vaxtı və formatı barədə razılığa gəlməyə çalışacaqlar. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR