Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenskinin martın 11-də Ukraynaya dair Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Rusiya görüşündə iştirak etməyəcəyi açıqlanıb.
Musavat.com bildirir ki, Fox News jurnalistinin verdiyi məlumata görə, Zelenskinin bu toplantıda iştirakı əvvəldən planlaşdırılmamışdı.
ABŞ konqresmeni, Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts isə Rusiya ilə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda iştirak edəcəyini bəyan edib. Onun sözlərinə görə, bu görüşdə münaqişənin gələcək inkişaf perspektivləri müzakirə ediləcək.
Bununla yanaşı, NATO baş katibi yaxın günlərdə Vaşinqtona səfər edəcək. Bu görüşlərin transatlantik təhlükəsizlik siyasətinə necə təsir edəcəyi və Ukrayna ilə bağlı qərarların hansı istiqamətdə dəyişəcəyi yaxın günlərdə aydınlaşacaq.
Musavat.com
24 May 2025
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ