Onlayn ictimai-siyasi qəzet
Volodimir Zelenski bildirib ki, ABŞ-la yeraltı sərvətlər (faydalı qazıntılar) üzrə sazişin Ukrayna Ali Radasında ratifikasiya olunacağına ümidlidir, çünki sənəddən Konstitusiyaya zidd olan müddəalar çıxarılıb və şərtlər hər iki tərəf üçün sərfəlidir.
Musavat.com xəbər verir ki, bu barədə prezident “Suspilne”yə verdiyi müsahibədə danışıb.
Zelenski bəzi deputatların sazişə qarşı çıxdığını qeyd edərək onları “ikiüzlü davranışda” ittiham edib:
“Onlar bu gün yalnız ABŞ-la gələcək əməkdaşlıq və investisiyalar üçün yox, hazırda müdafiəmiz üçün vacib olanları qorumaq üçün səs verməlidirlər. Amma bəzi şəxslər buna qarşıdırlar”.
Zelenski daha sonra sərt ifadə ilə çıxış edib:
“Mən hesab edirəm ki, ABŞ sadəcə olaraq belə adamlara viza verməyi dayandırmalıdır. Onlar hər ay ABŞ-a gedirlər. Orada danışırlar ki, Ukraynada vəziyyət necə pisdir, müharibəni necə tez bitirmək olar, Ukraynanın hansı hissələri vacibdir, hansı deyil. ABŞ Konqresi və Senatının dəhlizlərində gəzirlər, deyirlər ki, biz sizinlə əbədi dostuq, qardaşıq. Amma geri qayıdanda Amerika üçün prinsipial olan sənədə səs vermirlər. Nəticə tabloda görünəcək – kim səs verib, kim yox. İkiüzlü oyun oynamaq olmaz”.
Volodimir Zelenskinin bu bəyanatı rəsmi Vaşinqtonla strateji əməkdaşlığı sarsıdan daxili siyasi davranışlara qarşı yönəlmiş ciddi xəbərdarlıq kimi qiymətləndirilir. O, həmçinin ABŞ-a təsir imkanından istifadə etməyi və Ukrayna daxili siyasətindəki qeyri-səmimi davranışlara qarşı addım atmağı təklif edib.
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ