Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Krımda həyata keçirilən uğurlu əməliyyat nəticəsində bir gün ərzində ikinci rus təyyarəsinin məhv edildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Zelenski əməliyyatın yüksək effektivliyini və Ukrayna Silahlı Qüvvələrinin regionda qarşıya qoyduğu məqsədlərə necə yaxınlaşdığını vurğulayıb. Prezident bu cür əməliyyatların Ukraynanın hərbi gücünü və qarşıdurmada öz mövqeyini gücləndirdiyini qeyd edib.
Qeyd edək ki, Krım son dövrlərdə Ukraynanın hərbi əməliyyatlarının əsas hədəflərindən biri olub və bu cür zərbələr Rusiya üçün strateji əhəmiyyətə malik ərazilərdə ciddi itkilər deməkdir.
Toğrul İSMAYIL,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ