Onlayn ictimai-siyasi qəzet
Rusiya strateji aviasiyasının kütləvi şəkildə vurulması ilə nəticələnən "Hörümçək Toru" əməliyyatı bir ildən artıq müddətdə hazırlanıb.
Musavat.com xəbər verir ki, bu barədə ukraynalı jurnalistlər Ukrayna Təhlükəsizlik Xidmətindəki (UTX) mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, əməliyyata şəxsən prezident Volodimir Zelenski nəzarət edib, icrasını isə UTX rəhbəri Vasili Malyuk həyata keçirib.
Mənbələrin sözlərinə görə, bu əməliyyat logistik baxımdan son dərəcə mürəkkəb olub. Əvvəlcə UTX tərəfindən FPV dronları taxta konteynerlər vasitəsilə Rusiyaya keçirilib. Lazımi anda konteynerlərin qapaqları uzaq məsafədən idarə olunmaqla açılıb və dronlar Rusiya bombardmançılarını vurmaq üçün havaya qalxıblar.
UTX-dəki mənbələr bildirirlər ki, əməliyyatda iştirak edən şəxslər artıq uzun müddətdir ki, Ukraynaya qayıdıblar.
"VÇK-OGPU" kanalı bu gün hücuma məruz qalan beşinci aerodromun Moskva vilayətində yerləşən Voskresensk aerodromu olduğunu xəbər verir.
Qərb mənbələrinin məlumatına görə, Murmansk vilayətindəki "Olenya" aerodromunda yerləşən 4 ədəd "TU-95MS" tamamilə məhv edilib. Ümumilikdə hücuma 95-dən çox strateji bombardmançı və təxminən 20 digər hərbi təyyarə məruz qalıb.
Ukrayna KİV-ləri həmçinin İrkutsk vilayətində, Ukraynadan 4300 km uzaqlıqda yerləşən "Belaya" aviabazasında 3 "TU-95MS" təyyarəsinin vurulması və ya məhv edilməsi barədə yazırlar.
Rusiya teleqram kanalları Severomorskda güclü partlayışın baş verdiyini bildirir. Qeyd edək ki, Severomorskda Rusiya nüvə sualtı qayıqlarının ən böyük bazası yerləşir.
Musavat.com
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ