İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir

Ukrayna ilə Rusiya arasında gözlənilən danışıqlar öncəsi diqqətçəkən diplomatik addım atılıb.

Musavat.com xəbər verir ki, Britaniya Baş nazirinin müşaviri Conatan Pauell yaxın günlərdə Türkiyəyə səfər edəcək.

Bu barədə "The Guardian" məlumat yayıb. Məqsəd –Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə aparılacaq danışıqlar öncəsi məsləhətlər verməkdir.

Qeyd edilir ki, Pauell Moskva və Kiyev nümayəndə heyətlərinin İstanbulda keçirəcəyi görüşdə birbaşa iştirak etməyəcək.

Lakin onun Zelenskiyə siyasi və strateji tövsiyələr verməsi gözlənilir. Bu isə ekspertlər tərəfindən Qərbin proseslərə dolayı müdaxiləsi kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR