İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngilanda dualar göyə ucaldı:Yeni məscid siyasətçilərə tanıdıldı - VİDEO

Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, millət vəkilləri, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlərin iştirakı ilə təşkil olunmuş Zəngilan səfəri çərçivəsində istifadəyə verilmiş yeni Zəngilan məscidi ziyarət olunub.

Musavat.com xəbər verir ki, məscidin imamı Müşfiq Fərzəliyev səfər iştirakçılarına ibadət ocağı barədə ətraflı məlumat verib.

Bildirilib ki, iki səviyyədən ibarət olan məscidin birinci mərtəbəsində 220 nəfərlik, ikinci mərtəbəsində isə 100 nəfərlik ibadət zalı mövcuddur.

Daha sonra imam Müşfiq Fərzəliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, yeni məscidin təməli 2023-cü il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş, tikintisi başa çatdırılaraq 2024-cü il mayın 18-də rəsmi açılışı olmuşdur. Yeni məscidin yaxınlığında yerləşən və XVII–XVIII əsrlərdə, Səfəvilər dövründə inşa edildiyi ehtimal olunan tarixi İmam Hüseyn məscidinin qalıqları da bərpa olunub. Sözügedən məscid Birinci Qarabağ müharibəsi zamanı Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində talan edilərək dağıdılmış, işğal dövründə isə donuzxanaya çevrilmişdi.

Xalidə Gəray
Video və fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR