Onlayn ictimai-siyasi qəzet
Qərargah rəisinin müavini general-leytenant Rahul R. Sinq bu yaxınlarda təsdiqləyib ki, Türkiyə Hindistanla son döyüşlər zamanı Pakistana əhəmiyyətli səviyyədə dəstək verib. Onun sözlərinə görə, “Bayraktar” dronları və hərbi ekspertlər də Pakistana Hindistan qüvvələrinin mövqeyini dəqiq müəyyən etməyə kömək edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Hindistanın Pahalqam terror hücumuna cavabı olan Sindoor əməliyyatı zamanı Pakistanı himayə edib. Hindistanın “The Week” jurnalı belə yazır. Qeyd edir ki, Hindistan Kipr, Ermənistan və Yunanıstanla — Türkiyə ilə münaqişədə olan bütün dövlətlərlə — əlaqələri gücləndirməyə çalışır. Bu ölkələr Ərdoğanın bölgədəki təsirinə qarşı çıxmaq üçün Yeni Dehli ilə əməkdaşlıq edə bilər.
“Ermənistanın məğlub olduğu Dağlıq Qarabağ müharibəsində Türkiyə də Azərbaycana dəstək verib. Ermənistan mühüm silah təchizatı üçün Hindistana üz tutdu. Güclənən münasibətlər fonunda Hindistana Osmanlı İmperiyasında I Dünya Müharibəsi zamanı baş vermiş — 1915-16-cı illərdəki erməni soyqırımını tanımağa çağırışlar edilib”…
Yəni Hindistan qondarma erməni genosidini tanımağa hazır vəziyyətdədir. Onu da vurğulayım ki, Türkiyə, Azərbaycan və Pakistan qondarma erməni soyqırımı iddiasını qəti şəkildə və rəsmən rədd edir.
Ən maraqlısı odur ki, Nikol Paşinyan hökuməti erməni genosidi narativindən imtina edib. Hazırda Ermənistana Hindistanın erməni genosidini tanıması qətiyyən lazım deyil. Əksinə, Ermənistanın tezliklə Türkiyə və Azərbaycanla rəsmi şəkildə anlaşması qaçılmaz görünür. Bu isə o deməkdir ki, Hindistan Türkiyəyə düşmən olduğuna görə özünə dost seçdiyi Kipr, Ermənistan və Yunanıstan üçlüyündən birini — Ermənistanı itirmək ərəfəsindədir.
Xəbərin orijinalının linki
29 Iyul 2025
24 Iyul 2025
11 Iyul 2025
10 Iyul 2025
06 Iyul 2025
19 Iyun 2025
11 Iyun 2025
08 Iyun 2025
07 Iyun 2025
21 May 2025
28 Aprel 2025
25 Aprel 2025
22 Aprel 2025
18 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025
12 Aprel 2025
11 Aprel 2025
10 Aprel 2025
07 Aprel 2025
06 Aprel 2025
05 Aprel 2025
03 Aprel 2025
31 Mart 2025
21 Mart 2025
20 Mart 2025
18 Mart 2025
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ