Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, klarenet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə meyxanaçı Orxan Lökbatanlı arasında qalmaqal yaşanıb.
Tərəflər bir-birilərinə etdikləri atmacalara elə telefon vasitəsilə aydınlıq gətiriblər.
Yaxın dost olduqlarını bildirən sənətçilər izləyicilərin təəccübünə səbəb olublar:
"Əziz izləyicilər və bilib, bilmədən şərh yazanlar, Orxan mənim dostum, qardaşımdır. Ancaq bir şeyi bilin ki, qardașım belə olsa, əgər bayağı musiqi oxuyursa, qəbul edən deyiləm.
Siz məni qınaya bilərsiniz. Normal haldır, çünki sizin də zövqünüzü korladılar. Bir meyxanaçı ve şair kimi sevgim və sayqım var Orxana".
Meyxana ustası isə Hüseynə cavabında zarafatla "1 qəpiklik olmayan mahnılarımla bilirsən, nə qədər pul işləmisən?" sözlərini deyib./Milli.Az
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ