Onlayn ictimai-siyasi qəzet
İndoneziya Türkiyə istehsalı KAAN qırıcı təyyarələrini almağa hazırlaşır.
Musavat.com xəbər verir ki, İndoneziya Türkiyədə istehsal olunan beşinci nəsil KAAN qırıcılarından 48 ədədinin alınması üçün 10 milyard dollar dəyərində müqavilə imzalamağa yaxındır.
Bu razılaşma KAAN qırıcılarının ilk beynəlxalq ixracı olmaqla yanaşı, Türkiyə tarixində ən böyük müdafiə sənayesi müqavilələrindən biri ola bilər.
Qeyd edək ki, beşinci nəsil KAAN qırıcıları Türkiyənin milli istehsalı olan ilk döyüş təyyarəsidir və 2017-ci ildən bəri inkişaf etdirilir. Qırıcı təyyarənin təcrübi prototipi 22 fevral 2024-cü ildə ilk uçuşunu həyata keçirib. Seriya istehsalı 2028-ci il üçün planlaşdırılıb.
İqbal RZAYEV,
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ