Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp rəsmi səfərlə Qətərə gəlib. O, son 22 ildə bu ölkəyə səfər edən ilk amerikalı prezident olub.
Musavat.com xəbər verir ki, bu barədə Qətər Dövlət Televiziyası məlumat yayıb.
Trampın olduğu təyyarə Qətərə qonşu Səudiyyə Ərəbistanından gəlib. Səudiyyə Ərəbistanı onun Fars körfəzi ölkələrinə turunun ilk dayanacağı olub.
Trampı hava limanında Qətər əmiri Təmim bin Həmad Al Tani qarşılayıb.
Musavat.com
15 May 2025
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ