İnsanlara hürriyət, millətlərə istiqlal!

30 milyard dollarlıq KƏŞF: Ərdoğan MÜJDƏNİ VERDİ

Qara dənizdə yerləşən "Göktəpə-3" quyusunda 75 milyard kubmetr həcmində təbii qaz ehtiyatı aşkarlanıb. 

Musavat.com NTV-yə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan bu müjdəli xəbəri İstanbulda iştirak etdiyi xəstəxana açılışında səsləndirib.

O xatırladıb ki, "Abdülhamid Han" qazma gəmisi "Göktəpə-3" quyusunda işlərə 27 mart tarixində başlayıb və 49 günlük qazma əməliyyatı nəticəsində bu nəhəng qaz yatağı aşkar edilib.

Ərdoğan bildirib ki, yatağın inkişafında Sakarya layihəsi çərçivəsində yaradılmış üzən istehsal platformasından istifadə ediləcək.

"Göktəpə-3" quyusu haradadır?

Yeni qaz yatağının aşkarlandığı "Göktəpə-3" quyusu Filyosdan təxminən 180 kilometr məsafədə, Bolqarıstan-Türkiyə Xüsusi İqtisadi Zona sərhədinə yaxın ərazidə yerləşir.

“Enerji sahəsində də böyük uğurlar əldə etmişik. Tənqidlərə baxmayaraq "Akkuyu" ilə enerji sahəsində yeni dövrə keçid etdik. Qara dəniz və Gabar bölgəsindəki kəşflər bizə yeni imkanlar açdı. “Tapanlar ancaq axtaranlardır” prinsipi ilə hərəkət etdik. Hazırda kəşfiyyat və qazma gəmilərimiz Somali sahillərində də fəaliyyət göstərir”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, indiyə qədər Aralıq dənizində 11, Qaradənizdə isə 38 qazma işi aparılıb. "Abdülhamid Han" gəmisi ilə "Göktəpə-3" quyusunda aparılan qazma işləri 27 martda başlanıb və 49 gün sonra nəticə əldə olunub. Yeni kəşf ölkədəki mənzillərin təbii qaz tələbatını təxminən 3,5 il müddətində qarşılaya biləcək gücdədir.

Ərdoğanın sözlərinə görə, bu yatağın iqtisadi dəyəri 30 milyard dollardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR