İnsanlara hürriyət, millətlərə istiqlal!

74 METRLİK NƏQLİYYAT MÖCÜZƏSİ – Rekorda imza atılır: FOTOLAR

Dubayda dünyanın ən hündür metro stansiyası inşa olunur.

Musavat.com xəbər verir ki, bu barədə "Khaleej Times" nəşri məlumat yayıb.

Nəşr yazır ki, Dubayda yeni metro xətlərinin tikintisinə başlanılıb. Layihə şəhərin şimal-şərq hissəsini əhatə edir və burada metro nəqliyyat sıxlığını azaltmaqla yanaşı, Dubay Beynəlxalq Hava Limanı ilə birbaşa əlaqə yaradacaq.

Layihənin əsas elementi Dubay limanı ərazisində yerləşəcək "Emaar Properties" stansiyası olacaq. Bu stansiyanın hündürlüyü 74 metr təşkil edəcək və bu göstərici ilə dünyanın ən hündür metro stansiyası olacaq.

Stansiyanın 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR