Onlayn ictimai-siyasi qəzet
Türkiyədə kişi böyük qardaşını döyərək öldürüb.
Hadisə Sakarya rayonunun Sapanca qəsəbəsində baş verib.
55 yaşlı E.E. ilə 63 yaşlı qardaşı Yadikar Ermen arasında mübahisə yaşanıb. Aralarında ədavət olan qardaşların mübahisəsi əlbəyaxa davaya çevrilib. Dava zamanı E.E. böyük qardaşının başına zərbələr vuraraq, xəsarətlər yetirib. Xəstəxanaya yerləşdirilən Yadikar Ermeni xilas etmək mümkün olmayıb.
E.E. saxlanılıb və faktla bağlı cinayət işi açılıb./Lent.az
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ