İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ alimləri fövqəladə güclü qara dəlik parıltısı qeydə alıblar

ABŞ astronomları Yer kürəsindən milyardlarla işıq ili uzaqlıqda yerləşən nəhəng qara dəlikdən gələn indiyədək müşahidə olunmuş ən güclü işıq partlayışını qeydə alıblar.

Musavat.com xəbər verir ki, “Associated Press”in məlumatına görə, bu parıltının gücü təxminən 10 trilyon Günəşin işığına bərabər olub. Alimlər ehtimal edirlər ki, həmin qara dəlik nəhəng bir ulduzu udarkən bu möhtəşəm hadisə baş verib.

Tədqiqatçılar bildiriblər ki, bu cür parıltılar əsasən maqnit sahələrinin toqquşması və ya qara dəliyin ətrafındakı qaz diskində yaranan pozuntular nəticəsində meydana çıxır.

Bu müşahidə astronomiya tarixində ən uzaq və ən parlaq qara dəlik parıltısı kimi qeydə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR