Onlayn ictimai-siyasi qəzet
9 yaşlı Aytən anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığından əziyyət çəkir. Üstəlik, belində lordoz xəstəliyi var.
Bu barədə Musavat.com-a Aytənin anası bildirib.
"Aytən bu günə kimi 3 dəfə ağır əməliyyat keçirib, hər iki çanağında implant və mil var. Hazırda axsayaraq yeriyir, davamlı şəkildə özəl klinikada reabilitasiya keçir. Yenidən əməliyyat olunmalıdır ki, çanaqlarında olan implantlar və millər çıxarılsın. Bunun üçün isə kifayət qədər yüksək məbləğ lazımdır", - o deyib.
Aytənin anası bu səbəblə yardımsevər və xeyirxah insanlardan kömək istəyir.
9 yaşlı qızımızın sağlamlığına qovuşmasına kömək olaq!
KAPİTAL BANK 4169 7388 1605 2538
LEOBANK 4098 5844 7149 8202
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ