Onlayn ictimai-siyasi qəzet
Rusiyalı milyarder Roman Abramoviç mayın 13-də Kremldə görüntülənib.
Musavat.com xəbər verir ki, biznesmeni Kremldə olarkən əks etdirən kadrı Telegram kanalında jurnalist Aleksandr Yunaşev dərc edib: "Kremldə... necə insanlar var? Ukrayna ilə danışıqlar ərəfəsində".
Rusiya mətbuatının yazdığına görə, Abramoviç Moskva Böyük və Mariinski teatrlarının qəyyumlar şurasının iclasında iştirak edib. Görüşdə ondan başqa iş adamı Oleq Deripaska da iştirak edib.
Kremldə iş adamları ilə keçirilən görüşdə iştirak edənlər arasında onlardan əlavə İqor Seçin (Rosneft), Oleq Belozerov (Rusiya Dəmir Yolları), Aleksey Miller (Qazprom), Aleksey Mordaşov (Severstal) və Andrey Kostin (VTB) də olub.
Bundan əvvəl Ukrayna mətbuatı Rusiya prezidenti Vladimir Putinə yaxın bir məmurla gizli danışıqlar aparıldığı barədə məlumat yayıb.
Qeyd edək ki, Abramoviç əvvəllər Kiyevlə danışıqlarda iştirak edib və bir neçə dəfə vasitəçi kimi çıxış edib. Xüsusilə 2022-ci ildə Abramoviç Rusiya və Ukrayna arasında danışıqlar ərəfəsində İstanbulda görüntülənib.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ