Onlayn ictimai-siyasi qəzet
CBS telekanalı ABŞ-ın ən məşhur teleaparıcılarından biri və Donald Trampın kəskin tənqidçisi Stiven Kolbertin axşam şousunu bağlayacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, proqram 2026-cı ilin mayında yayımını dayandıracaq.
Kanal rəhbərliyi Stiven Kolbertin 2015-ci ildən aparıcılıq etdiyi məşhur axşam şousunun bağlanması qərarını maliyyə səbəbləri ilə izah edib. Bununla belə, televiziya şousunun pərəstişkarları hesab edirlər ki, buna səbəb Donald Trampı tənqid etməsi ilə tanınan aparıcının siyasi baxışları ola bilər.
Trampın özü bu xəbərə dərhal cavab verərək eyib ki, Kolbertin istedadı hətta onun reytinqlərindən də aşağıdır.
Buna baxmayaraq, şounun reytinqi ABŞ-da axşam proqramları arasında ən yüksəklərdən biridir. Keçən həftə Kolbert öz şousuna görə “Emmi” mükafatına namizəd olub.
İndi maraqlıdır, SBC rəhbərliyi Kolbertin yüksək reytinqli teleşousunu bağlayıb onun yerinə efirə nə verəcək ki, onun qədər auditoriya toplasın?
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ